“Ulduz olmaqçün bəziləri kimi heç kimin altına uzanmamışam”

0
312

Azərbaycanlı aktrisa Təranə Əliyeva ilginc qərarı ilə diqqətləri üzərinə çəkib.

İstedadlı aktrisa ali təhsil diplomlarını sosial şəbəkə hesabında satışa çıxarıb.

Təranə bu qərarını onun istedadına qiymət verilmədiyi ilə əlaqələndirib.

Kino camiyəsindən inciyən aktrisa, bu qəribə addımı ilə bağlı milli.az-a danışıb: “Son vaxtlar baxıram ki, maşallah, hamı kino çəkir, hamı serial çəkir. Amma çəkilənlərin 90 faizin tanıya bilmirəm. Ən azından aktyorluğu bitirənlərin çoxunu tanıyıram, amma bunları yox. Sən demə hamısı başqa sahələrin adamlarl, bəziləri orta təhsilli, bəzilərinin isə heç attestatı da yoxdur.

Məni rejissorların çoxu tanıyır, təbii ki, əsl rejissorlar, daha aqronomlar yox. Amma onların da heç biri dəvət etmir.

Çünki hamı robot kimi bir sistemlə işləyir. Bu sistem də ondan ibarətdir ki, yalnız dost, taniş, qohum, qonşu ya da ki borcu olduğu adamı çəkib, borcu “raşot” eləmək.

Nəticə də göz qabağındadır. Kinematoqrafiya deyil e, kolxozdu. Baki Dövlət Universitetinin filologiya fakültəsini bitirəndən sonra, aktyorluğu da oxudum ki, aktrisa olanda mənə heç kim irad bildirməsin, dilim uzun olsun.

Hətta tələbə vaxtlarımda başda sənət müəllimim – mərhum xalq artistimiz Kamal Xudaverdiyev olmaqla, bütün müəllimlərimin ən sevimli tələbəsi olmuşam. Hamı deyirdi cox istedadlıdı, gələcəyi parlaqdı. Bir tərəfdən sevinirəm ki, ulduz olmaqçün bəziləri kimi heç kimin altına uzanmamışam.

Çəkildiyim az-çox filmlər, seriallar və TV-layihələr hamısı öz istedadımın gücünə olub. İndi də diplomlarımı satıram ki, Hollivud eşqiylə yaşayan bəzi “aktrisaciqlar” alıb, kef eləsinlər.

Çünki, diplomlar Azərbaycandan fərqli olaraq, Hollivudda lazım ola bilər”.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

20 + 16 =