Başlıq pulu olmayacaq: Qaydaya əməl etməyənin toyuna heç kim getməyəcək

0
467

Türkiyənin Şırnak əyalətində maraqlı bir ənənə ləğv edilib.  Şenoba və Aypara kəndlərində daha başlıq pulu verilməyəcək.  Qərara görə  bundan sonra gəlinə yalnız 35 min lirəlik qızıl taxılacaq. Qaydaya əməl etməyənin isə toyuna gedilməyəcək.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, toylarda israfın qarşısını almaq üçün 4 maddəlik qərarı Şenoba və və Aypara bələdiyyə başçıları, imamlar və muxtarlar imzalayıb.



Qərarlar arasında ən diqqət çəkəni 2 kənddə də əsrlərdir davam edən başlıq pulu ənənəsinin aradan qaldırılması olub. Bəy tərəfinin gəlinə aldığı 100-150 min lirə dəyərindəki qızılın miqdarı 35 min lirəyə salınıb. Eyni zamanda bəyin ailəsi tərəfindən gəlinə alınan və 15 ilə 20 min lirəyə başa gələn, içində cehizlik əşyalar olan çamadan ənənəsinə də son verilib.Şenoba və Ayparadan sonra ətrafdakı Uzungeçit diyarı ilə Gülyazı, Ortabağ, Daşdalan, Dağdibi, Ortası və Yemişli kəndlərində də eyni qərarlar verilib. Qərara əməl etməyənlərin qız istəmə, nişan və toy mərasimlərində iştirak edilməyəcək.Subay olan 27 yaşlı Əbdürrəhman Bəyənər, qərardan sonra bir çox gəncin artıq rahatlıqla evlənə biləcəyini ifadə edərək, “Bu qərar daha əvvəl verilməli idi. Böyüklərimizə çox təşəkkür edirəm. Bir çox gənc yaşı çox olmasına baxmayaraq maddiyyət üzündən evlənə bilmirdi” deyib.