Ukrayna rusiyalı müşahidəçiləri ölkəyə buraxmayacaq

0
328

Ümumukrayna ictimai təşkiatı olan “Ukrayna Seçkilər Komitəsu”  Mərkəzi Seçki Komitəsinə müraciət edərək qarşıdan gələn prezident seçkilərini müşahidə etmək üçün rusiyalıları qeydə almamağa çağırıb.

Arazinfo.com-un rambler.ru-ya istinadən verdiyi xəbərə görə, komitənin sədri Aleksey Koşel bunu rusiyalı müşahidəçilərin seçkilər zamanı təxribata əl ata biləcəyi təhlükəsi ilə izah edib: “Rusiya hər vasitə ilə seçkilərin nəticələrinə təsir göstərməyə və müxtəlif yollarla ölkədə qarışıqlıqlar törətməyə cəhd edəcək. Buna isə yol vermək olmaz”.

Xatırladaq ki, Ukraynada keçiriləcək prezident seçkilərinə Rusiya öz müşahidəçilərini göndərmək niyyətində olduğunu rəsmi şəkildə bəyan edib.

 

 

 

 

Р