Ukrayna Rusiya ilə diplomatik əlaqələri kəsir?

0
419

Ukrayna Ali Radasının “Petro Poroşenko” blokundan olan deputatı İvan Vinnik Donbasın yenidən inteqrasiya olunması ilə bağlı qanuna dəyişiklik edilməsini təklif edib. Bu barədə “Kommersant” qəzeti yazıb. Təklif olunan dəyişiklik iki ölkə arasında diplomatik əlaqələrin kəsilməsini nəzərdə tutur.

Məlumata görə, parlament üzvlərinin əksəriyyəti noyabrın 16-da səsverməyə çıxarılacaq qanunun lehinə səs verəcək. Qanun prezident Poroşenko tərəfindən təsdiqləndikdən sonra isə Rusiyanın Ukraynadakı, Ukraynanın isə Rusiyadakı diplomatik nümayəndələri bağlanacaq.

Qəzetə görə, qanunun qəbul edildiyi halda Ukraynanın Rusiyadakı maraqlarını, çox güman ki, Belarus və yaxud İsveçrə təmsil edəcək.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

twenty − 14 =