Yurgen Klopp: “Arsenal”la oyun asan keşməyəcək

0
786
“Liverpul” futbol klubunun baş məşqçisi Yurgen Klopp sabah baş tutacaq  “Arsenal”la oyunun komandası üçün asan olmayacağını söyləyib.
Arazinfo.com-un verdiyi xəbərə görə Klopp “Liverpul”un saytına verdiyi açıqlamasında “topçular”ın olduqca yaxşı oyun nümayiş  etdirdiklərini, əks-hücumlarda təhlükəli olduqlarını bildirib:
” Oyun heç də  asan keçməyəcək. “Topçular” hazırda gözəl oyun nümayiş etdirirlər, onların yaxşı məşqçisi var.  Əgər biz də”Nyukasl” kimi rəqib komandaya əks-hücum taktikasından istifadə etməyə imkan versək, onda uğur qazanmaq imkanlarımız olmayacaq. “Arsenal” əks-hücumlarda çox güclüdür”.