Ukrayna prezidenti Almaniyaya səfərini yarımçıq qoyub

0
577

porosenkoDonbasda vəziyyətin gərginləşməsi Ukrayna prezidenti Petro Poroşenkonu Almaniyaya səfərini yarımçıq qoymağa məcbur edib.

APA-nın “Ukrayna 112”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna dövlət başçısının mətbuat katibi Svyatoslav Tseqolko bildirib.

Ötən gün Donbasda Avdeyevka şəhəri yaxınlığında Ukrayna hərbçiləri ilə separatçılar arasında şiddətli döyüş baş verib. Şəhərin sənaye zonasının atəşə tutulması nəticəsində yerli əhali işıqsız və susuz qalıb.

Ukrayna müdafiə nazirliyinin məlumatına əsasən, ötən gün separatçılar Avdeyevka şəhəri yaxınlığında Ukrayna ordusunun mövqelərini atəşə tutduqdan sonra hücuma keçiblər. Döyüşlər fasiləsiz olaraq 19 saat davam edib, hücum dəf edilib. Baş verən toqquşmalarda 4 Ukrayna hərbçisi həlak olub, 9-u yaralanıb, separatçılar 15 nəfər itirib.

BIR CAVAB BURAXIN