64 yaşlı qadın özü də bilmədən banka borclu qalıb

0
568

qGöyçay rayon sakini 64 yaşlı Naibə Hüseynova acınacaqlı bir problemlə üzləşib.

Qonşuluğunda kirayədə yaşayan Ağdaş rayon sakini Əli Vəliyev Naibə Hüseynovanın adına ötən ilin aprel ayında bankdan 1600 manat kredit götürüb. Bu kreditdən cəmi 4 ayını ödəsə də, digər ayları ödəməkdən boyun qaçırıb.

“Xəzər TV” xəbər verir ki, aylıq tələbatını pensiya ilə odəyən Naibə Hüseynova indi çarəsiz qalıb. Ayda 153 manat məvacibdən cəmi 50 manatını ala bilir. Qalan hissəsi isə kredit ödənişi üçün tutulur. Yaşlı qadın həmin adamdan pulunu ödəməsini istəyir. Lakin Əli Vəliyev ilə əlaqə qura bilmir.

Naibə Hüseynovanın sözlərinə görə, elə günlər olur ki, onun gündəlik tələbatını qonşuları qarşılayır. Hətta xəstə olduğundan müalicəsini belə etdirə bilmir. İndi 64 yaşlı Naibə Hüseynov Əli Vəliyevi polisə şikayət edəcək.

BIR CAVAB BURAXIN