Uçan maşınlar satışa çıxarılır – 2017-nin möcüzə kimi texnologiyaları

0
535

“Uçan maşınlar satışa çıxarılır  -  2017-nin möcüzə kimi texnologiyaları

tisadçı ekspert Natiq Cəfərli 2017-ci ilin texnoloji gözləntiləri barədə yazıb.

Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkədə yazan ekspertin sözlərinə görə, bu ildə günəş, külək və digər bərpaolunan enerji istehsalının maya dəyəri daha da aşağı düşəcək, çünki artıq 20-dən çox ölkədə bu növ enerjinin alınması, ənənəvi mənbələrdən alınan enerjidən daha ucuzdur: “Bir neçə avtomobil şirkəti hidrogenlə işləyən yeni nəsl maşınların təqdimatını keçirəcək. Elastik və qatlanan ekranlı smartfonlar satışa çıxacaq. Elektriklə işləyən avtomobillərin yeni nəsli gələcək, bir dəfə şarj olunanda 1000 km yol qət etmək mümkün olacaq. Telefonlar üçün də yeni nəsil barateyalar gəlir, bir dəfə şarj olunanda 3-4 gün bəs edəcək, Elektrik cərəyanına birbaşa qoşulmadan şarj texnologiyası gəlir, bütün elektrik avadanlıqları wifi kimi, yəni havada olan dalğalarla şarj olunacaq.

Yeni nəsi 3D printerlər gəlir, ümumiyyətlə, 3D printerlər evlərdə olacaq, istədiyin məişət əşyasını və detalları ev şəraitində çap etmək mümkün olacaq. Yeni təhsil metodalogiyası gəlir, yanaşma və qiymətləndirmə fərqli olacaq. Uçan avtomobillərin kütləvi satışı başlayacaq, ilk sifarişlər artıq qəbul olunub. Şəhərdaxili nəqliyyatında və yük daşımalarda “sürücüsüz” dönəm başlayır…”.

Günel Türksoy

BIR CAVAB BURAXIN