0
798

“Azərbaycan Respublikasını məhkəməyə verə bilərik…”

Qazaxıstanda pensiya fondunun Azərbaycan Beynəlxalq Bankına yatırılmış 220 milyon dollar vəsaitinin taleyi ilə bağlı narahatlıqlar və müzakirələr davam edir. Xarici borclarının restrukturizasiyasını elan edən bankın bütün borcların ödəniləcəyinə dair bəyanatlarına baxmayaraq Astanada hesab edirlər ki, pensiyaçıların pullarının batması riski var.

Arazinfo.com Virtualaz.orga istinadən xəbər verir ki, Qazaxıstan parlamentinin “Nur Otan” partiyasından deputatı, büdcə və maliyyə məsələləri komitəsinin üzvü Omarxan Oksikbayev “Astana TV”-ə müsahibəsində həmin pulların məhkəmə yolu ilə geri alınması variantından danışıb.

Oksikbayev deyib ki, hazırda Azərbaycan Beynəlxalq Bankın 76 faizinə dövlət nəzarət edir, bu isə o deməkdir ki, Azərbaycan hakimiyyəti xarici borcların geri qaytarılmasına cavabdehdir. “Lakin hələlik heç bir qarantiya yoxdur. Pullar qaytarılmasa Vahid Pensiya Yığım Fondunun yatırdığı vəsaitlərdən heç bir gəlir əldə etməyərək dövlət ziyana düşəcək. Ola bilsin pulları məhkəmə yolu ilə qaytarmaq lazım gəldi. Çünki ortada dövlətin öhdəliyi var. Əgər pullar qaytarılmasa biz Azərbaycan resublikasını məhkəməyə verə bilərik və məhkəmə orqanlarının köməyi ilə yəqin  ki, bu pulları qaytarmaq olar”-deputat bildirib.

Oksikbayev fondun pullarını Azərbaycanın riskli bankına yatırdığı üçün menecmenti günahlandırıb.

Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankı 3.3 milyard dollarlıq xarici borcları üzrə ödənişləri dayandırdığını elan edib və aktivlərini kreditorlardan qorumaq üçün Nyu-York məhkəməsində müflisləşmə iddiası qaldırıb. Bu həftə bank Londonda kreditorlarla danışıqlar aparacaq və razılaşma əldə olunsa həmin borclar Azərbaycan dövlətinə transfer ediləcək. Bankın xarici borclarının restrukturizasiyasını elan etməsi həm özünün, həm Azərbaycan dövlətinin suveren kredit reytinqlərinə ciddi zərbə vurub.

 

BIR CAVAB BURAXIN