Türkmənistan hökuməti 2019-cu il yanvar ayının 1-dən etibarən ölkə əhalisinə edilən bəzi güzəştləri ləğv etməyə hazırlaşır.
Arazinfo.com-un Mediainfo.az-a istinadən verdiyi xəbərə görə, gələn ilin ilk günlərindən əhali qaza, suya, çörəyə, duza və elektrik enerjisinə görə pul ödəməli olacaqlar. Bu isə o deməkdir ki, artıq dövlət əhaliyə pulsuz edilən güzəştlərdən tam şəkildə imtina edir. Bununla bağlı müvafiq qurumlara göstəriş verən prezident Qurbanqulu Berdıməhəmmədov deyib ki, elektrik enerjisinin, çörəyin, suyun və duzun qiymətləri dünya qiymətlərindən xeyli aşağı olacaq.
Xatırladaq ki, 1993-cü ildə prezident Saparmurad Niyazovun imzaladığı sərəncamla ölkə əhalisinə çörək, su, duz və işıq pulsuz verilirdi.