Əfqanıstandakı terror aktında iki nəfər ölüb

0
485

Bu gün səhər saatlarında Əfqanıstanın paytaxtı Kabul şəhərindəki Müstəqil Seçki Komissiyasının ofisi qarşısında terror aktı həyata keçirilib.

Mediainfo.az-ın TASS-a istinadən verdiyi məlumata görə, terror aktı nəticəsində 1polis, 1 nəfər də mülki vətəndaş həlak olub, 5 nəfər isə yaralanıb. Hadisə yerindən verilən məlumata görə, terrorçu kamikadze özünü ofisin qarşısında partladıb. Nəticədə bunun qurbanı günahsız insanlar olub.

Hələlik baş verən terror aktına görə, Əfqanıstanda fəaliyyət göstərən terrorçu qrupların heç biri məsuliyyəti öz üzərinə götürməyib.

BIR CAVAB BURAXIN