Türkiyəni vurmaq üçün Əsədə dəhşətli silah verildi – Moskvadan ŞOK ADDIM

0
610

Türkiyəni vurmaq üçün Əsədə dəhşətli silah verildi - Moskvadan ŞOK ADDIM

Moskva Rusiyanın ən güclü operativ-taktiki raketləri hesab olunan “İsgəndər-M”ləri Bəşər Əsədə verib.

 

Saytın məqaləsində deyilir ki, Türkiyənin NATO üzrə müttəfiqləri olan ABŞ, Niderland və Almaniyanın raket əleyhinə müdafiə batareyaları Suriya sərhədi boyu yerləşdirilməsindən bir neçə saat sonra Rusiyanın üç hərbi gəmisi – “Novoçerkassk”, “Saratov” və MB-304 Tartus limanına daxil olub. Bu gəmilərin içində 300 Rusiya dənizçisi var idi.

Hərbi və kəşfiyyat mənbələrinə istinad edən İsrailin DEBKA saytı (İsrail kəşfiyyatı MOSSAD-a yaxınlığı ilə tanınır –red.) qeyd edir ki, Rusiya gəmiləri Suriyanın Tartus limanında 24 ədəd 9K720 “’İsgəndər-M” (NATO təsnifatı üzrə SS-26 Stone) raketi boşaldıb. Bunlar, regional münaqişələr zamanı istifadə üçün nəzərdə tutulmuş mobil taktik qanadlı raketlərdir.

Xəbərlərə görə, Suriya Türkiyəyə qarşı 12 raket ilə altı, İsrail və İordaniyaya, xüsusi halda bu ölkələrdəki Amerika hərbi obyektlərinə qarşı 12 raket ilə altı batareya quracaq.

Rusiyanın qanadlı raketi bir saniyə ərzində iki kilometr məsafəni qət edir. Onun hərəkət diapazonu təxminən 300 kilometrdir, yəni Suriya ərazisindən İsrailin mərkəzi rayonlarını vurmağa qadirdir.

Rusiya hərbi nəşrlərində məlumat verilir ki, “İsgəndər-M” kompleksləri NATO ölkələrinin sərəncamında olan ən mükəmməl “Patriot” və “Aegis” hava hücumundan müdafiə komplekslərinin müdafiəsini yara bilir. “İsgəndər” operativ-taktiki raketlərinin bir neçə modifikasiyası mövcuddur. Lakin onlardan ən müasiri “İsgəndər-M” raketləridir.

“İsgəndər-M” raketlərinin ən mühüm özəlliyi ondadır ki, bu raketlər ballistik trayektoriya ilə hərəkət etmir. Start anından etibarən raket trayektoriyasını xaotik şəkildə dəyişir və ziqzaqvari hərəkət edir. Nəticədə ən müasir radar kompleksləri belə bu raketlərin trayektoriyasını dəqiq müəyyən edə bilmir.

Rusiya hərbi sənayesi “İsgəndər-M” raketlərini daha da təkmilləşdirib və onun hədəfi vurma dəqiqliyini artırıb. Raketlərin son modifikasiyası hədəfi cəmi 10 metr dəqiqliyi ilə vura bilir. Hazırda “İsgəndər-M” Rusiyanın ən güclü operativ-taktiki raketləri hesab olunur və onun dünyada analoqu mövcud deyil.

Kompleks iki raketlə təchiz olunub, birinci raketin buraxılmasından cəmi bir dəqiqə sonra ikinci raket start götürür. “İsgəndər-M” iki raketin eyni şaxtada quraşdırıldığı yeganə kompleksdir. Raket hədəfə çatana qədər komanda mərkəzindən idarə olunur. Beləliklə, “İsgəndər-M” komplekslərinə qarşı müdafiə dünyada praktiki olaraq mövcud deyil.

Rusiya saytının yazdığına görə, hələlik bütün dünya Suriyanın “Skad” raketlərini və kimyəvi silah təhlükəsini müzakirə edir, amma real təhlükə Rusiyanın nüvə başlıqları daşıya bilən “İsgəndər” raketləridir.

“Rusiya prezidenti Vladimir Putin iki Amerika prezidentinə – Corc Buş və Barak Obamaya, həmçinin İsrailin üç baş naziri – Ariel Şaron, Ehud Olmert və Benyamin Netanyahuya söz verib ki, “İsgəndər” raketlərini heç vaxt nə Suriyaya, nə də İrana verməyəcək. Amma artıq bilirdi ki, bu qanadlı raketlər tezliklə yalnız Əsədin əllərində deyil, həm də ayətullah Əli Xameneinin əllərində olacaq. Bu səbəbdən də, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Seyid Həsən Firuzabadi bildirib ki, “Patriot” sistemlərinin Suriya-Türkiyə sərhədi boyu yerləşdirilməsi dünya müharibəsinə gətirib çıxara bilər. İran generalı “Patriot” sistemləri haqqında danışırdı, amma o açıq-aydın Rusiya “İsgəndər”lərini nəzərdə tuturdu. Qanadlı raketlərin Əsədə ötürülməsi o deməkdir ki, Moskva öz xarici siyasətində Tehran-Dəməşq-“Hizbullah” oxuna üstünlük verir”, – məqalədə deyilir.

Qeyd edilir ki, Rusiya Hərbi Dəniz donanmasına aid mövcudluğu yalnız Suriya sahillərində ABŞ və Rusiya arasında strateji balansı dəyişdirmir, həmçinin İsrailin İran nüvə obyektlərinə hücum planlarına toxuna bilər. Ömər Dağlı.Publika.az 

BIR CAVAB BURAXIN