Türkmənistan hakimiyyəti türk ticarət mərkəzini ələ keçirir

0
528
 11

Aşqabad hakimiyyəti şəhərdə fəqliyyət göstərən, 2000-ci ildə türkiyəli iş adamlarının tikdiyi “Yimpaş” ticarət mərkəzini ələ keçirmək üçün inzibati resursları işə salıb.

Virtualaz.org yerli mənbələrə istinadən xəbər verir ki, Türkmənistan hakimiyyətinə yaxın şəxslər ticarət mərkəzini ələ keçirmək üçün onun hazırkı sahiblərini sıxışdırmağa başlayıblar.

Problem isə bundan ibarətdir ki, Aşqabad şəhər administrasiyası “Yimpaş”ın sahibləri ilə 2030-cu ilə qədər uzunmüddətli müqavilə bağlayıb. Qanuni əsaslarla ticarət mərkəzini ələ keçirə bilməyən hakim dairələr inzibati resurslarını işə salıblar.

Təchizatçılara bu ticarət mərkəzindəki mağazalara mal vermək qadağan edilib, “wi-fi” naqilsiz internet paylayıcıları müsadirə olunub, internet-kafe bağlanıb, girişdə dondurma, pop-korn satan xırda ticarətçilər qovulub və s.

“Yimpaş”ın rəsmi saytında verilən məlumata görə, ticarət mərkəzində 430 nəfər çalışır. Bu ticarət mərkəzi Türkmənistanda bu tipli ilk ticarət obyektidir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

10 + two =