Rusiya silah alış-satışı məsələsində Azərbaycana təzyiq göstərə bilməz

0
551

Rusiya silah alış-satışı məsələsində Azərbaycana təzyiq göstərə bilməz və bu onların daxili işidir.

Arazinfo.com-un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın hərbi-texniki əməkdaşlıq üzrə federal xidmətinin direktoru Dmitri Şuqayev mətbuata açıqlamasında bildirib.

Azərbaycanın Belarusdan “Polonez” raket komplekslərini alması ilə bağlı ona ünvanlanan suala cavabında Şuqayev deyib ki, hansı ölkədən və haradan  silah alması Azərbaycanın öz daxili işidir: “Mən düşünmürəm ki, Azərbaycanın hanısa ölkədən, o cümlədən Belarusdan silah alması iki ölkə arasında hərbi-texniki əməkdaşlığa təsir göstərsin. Bu məsələdə sağlam rəqabət var”.