Türklərin Hollandiyada etiraz nümayişi dağıdıldı

0
554
 

Hollandiya polisi Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Qayanın avtomobilinin saxlanıldığı yerdə toplaşan türk nümayişçiləri güc istifadə edərək dağıdıb.

“Anadolu” xəbər verir ki, polis Türkiyənin Rottterdam Baş konsulluğu yaxınlığında keçirilən nümayişə dəyənəklə müdaxilə edib.

Atlı polislərin də istifadə edildiyi müdaxilə zamanı bəzi nümayişçilərin yerə yıxıldığı görülüb.

Nazir Qayanın nəqliyyat vasitəsinin yaxınlığından uzaqlaşdırılan nümayişçilər, küçə başında şüarlar səsləndirərək etirazlarını davam etdirir.

BIR CAVAB BURAXIN