Türkiyədə tarixin ən böyük oğurluq hadisələrindən biri baş verib.
Arazinfo.com Qaynarinfo-ya istinadən xəbər verir ki, heyvan alverçisini aldadan şəxs onlara 43 milyon lirəlik zərər vurub.
Şikayətçilər bu barədə polisə bildirib: “Bizə Kənd Təssərüfatı Nazirliyinin gənc fermerləri dəstək layihəsindən gəldiyini bildirdi. Bizə də ona inanaraq heyvanlarımızı sənəd qarşılığında satdıq. Amma apardığımız araşdırma nəticəsində məlum oldu ki, bu ad-soyadlı şəxs 10 il əvvəl ölüb. Bundan sonra polisə şikayət etdim”.
![](http://qaynarinfo.az/file/pic/xeber/2018-01/1516909474_kars-ta-olu-kimligi-ile-buyuk-dolandiricilik-10492735_913_o.jpg)
Vətəndaşı aldadan şəxs 500 TIR dolusu, təxminən 17 min iribuynuzla heyvanı aldadaraq ələ keçirib. Onun həmin heyvanları Diyarbəkir və Şanlıurfaya apardığı ehtimal olunur.
Adı açıqlanmayan A.K ad-soyadlı heyvan alverçisi bildirib ki, həmin şəxsə inanıb. 50 qohumu isə ona kömək edib. Nəticədə 30 qohumu aldadılıb. A.K indi dövlətdən yardım istəyir.
![](http://qaynarinfo.az/file/pic/xeber/2018-01/1516909424_kars-ta-olu-kimligi-ile-buyuk-dolandiricilik-2-10492735_o.jpg)