Tanınmış axundun oğlu dəm qazından öldü

0
618

Ötən gecə Salyan rayonunun Şəhriyar küçəsindəki evlərdən birində dəm qazından zəhərlənmə hadisəsi baş verib.

1982-ci ildə anadan olmuş Əli Əliqəm oğlu İsmayılov dəm qazından boğularaq ölüb. İki azyaşlı uşaq atası olan Ə.İsmayılovun ailəsi həmin vaxt Bakı şəhərində olduğundan özü evdə tək olub.

İlkin məlumata görə, qəfil əsən külək nəticəsində mənzildə quraşdırılmış qaz peçinin baca borusunun başlığı üzü aşağı çevrilib və dəm qazı geriyə, evə dolmağa başlayıb. Nəticədə divanda yuxulayaraq televizora baxan Əli İsmayılov zəhərlənərək dünyasını dəyişib.

Qeyd edək ki, ali ruhani təhsilli Əli İsmayılov Salyan rayonunun Dayıkənd kəndinin axundu idi. Atası bölgənin ən nüfuzlu ruhanilərindən sayılan mərhum Hacı Əliqəm İsmayılov isə uzun illər Neftçala rayonunun axundu olub.

Faktla bağlı araşdırmalar aparılır.Virtual.az

BIR CAVAB BURAXIN