Türkiyə NATO ilə münasibətləri qoruyub saxlayacaq

0
623

Türkiyə NATO ilə münasibətləri qoparmaq niyyətində deyil
Son günlər Türkiyə ilə NATO arasında baş verən qalmaqal ilə bağlı yeni açıqlama verilib.

“Ölkə.Az” xəbər verir ki, Norveçdə baş verən insidentdən sonra Türkiyə NATO ilə münasibətləri qoparmaq niyyətində deyil. Məsələ ilə bağlı Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın bəyanat verib.

Bəyanatda deyilir: “Baş verənlərdən sonra Türkiyə NATO ilə münasibətləri qoparmağı planlaşdırmır. Ankara alyansın təlimlərində belə bir insident necə baş verdiyini və eyni halın təkrarlanıb-təkrarlanmayacağını anlamağa çalışır”.

Dünən isə Ərdoğanın baş müşaviri Topçu Türkiyənin NATO ilə münasibətləri nəzərdən keçirəcəyini açıqlamışdı.

 

BIR CAVAB BURAXIN