Türkiyə hollandiyalı jurnalist qadını deportasiya edib

0
540

Türkiyədən deportasiya edilən hollandiyalı jurnalist qadın Ans Burma terrorçu “Cəbhət ən- Nusra” təşkilatı ilə əlaqədə olub.

Arazinfo.com-un verdiyi xəbərə görə, bu barədə Türkiyə prezidenti administrasiyasının ictimai əlaqələr rəhbəri Fəxrəddin Altun Tvitterdə yazıb. Onun sözlərinə görə, Bursmanın terrorçularla əlaqədə olduğu barədə məlumatı Hollandiya xüsusi xidmət orqanlarından alıblar və onun əsasında da jurnalisti ölkəsinə deportasiya ediblər. Altun bu məsələnin Hollandiyanın müvafiq orqanları tərəfindən araşdırılacağını  və müvafiq qərar qəbul edəcəklərini bildirib.