ABŞ tezliklə Gürcüstanı NATO-da görmək istəyir

0
456

Biz səbirsizliklə günlərin birində  Gürcüstanın NATO-ya üzv olmasını gözləyirik.

Mediainfo.az-ın verdiyi xəbərə görə, bu sözləri mətbuat konfransında ABŞ Dövlət Departamentinin mətbuat katibi Xizer Nauert deyib. O, Gürcüstanın Baş naziri Mamuka Baxtadzenin ABŞ-a səfərinin uğurla keçdiyini, onun Dövlət katibi Mayk Pompeo ilə apardığı danışıqlarında ölkəsinin Gürcüstana dəstək verdiyini bir daha təsdiq etdiyini deyib: ” Dövlət katibi Mayk Pompeo Baxtadze ilə görüşündə Gürcüstana ABŞ-ın hərtərəfli dəstək verdiyini bir daha vurğuladı. 10 il əvvəl Rusiya Gürcüstana hücum edərək onun ərazisinin 20 faizini işğal edib. Belə bir vəziyyətdə belə Gürcüstanda demokratik islahatlar uğurla həyata keçirilir, iqtisadiyyat inkişaf etdirilir. ABŞ Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir və günlərin birində onun NATO-ya üzv olmasını səbirsizliklə gözləyir və bu dost dövlətə hərtərəfli dəstəyini gələcəkdə də davam etdirəcək”.

.

 

BIR CAVAB BURAXIN