Türkiyə-Gürcüstan sərhəddində şok hadisə – FOTO

0
528


14 yaşındakı yeniyetməni çamadanda sərhəddən keçirməyə çalışan Gürcüstan vətəndaşı saxlanılıb. Hadisə Türkiyənin Artvin vilayəti ərazisindəki Sarp gömrük-keçid məntəqəsində baş verib.
Moderator.az Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, Sarp gömrük-keçid məntəqəsində Gürcüstan vətəndaşının hərəkətlərindən şübhələnən gömrükçülər ondan çamadanını açmağı tələb ediblər.
Ancaq həmin şəxs çamadanı açmaq istəməyib, gömrükçülərə müqavimət göstərib. Gömrük işçiləri çamadanı açdıqda 14 yaşındakı yeniyetməni görüblər.
Həmin yeniyetmənin ailəsinin FETO fərarisi olduğu və Gürcüstanda yaşadığı ehtimal edilir.
Gürcüstan vətəndaşı və yeniyetmə polis tərəfindən göz altına alınıb.

BIR CAVAB BURAXIN