Adətən dünya ulduzlarını böyük pullar müqabilində heyətinə qatan “Real” rəhbərliyi istedadları da diqqətdə saxlayır.
Publika.az xəbər verir ki, “Kral klubu” bu dəfə yeni istedadı Paraqvayda tapıb.
Madridlilər 18 yaşlı paraqvaylı hücumçu Serxio Diazı transfer edib. Məlumata görə, artıq tərəflər arasında anlaşma əldə olunub. “Real” 18 yaşlı forvarda görə klubu “Serro Porteno”ya 5 milyon avro ödəyəcək. Daha bir milyon avro isə onun qazanacağı uğurlara görə gələcəkdə ödənə bilər.
Futbolçu 5 illik müqavilə imzalayacaq və bir müddət “Kral klubu”nun ikinci komandası olan “Kastilya”da forma geyinəcək.
“Yeni Aquero” adlandırılan futbolçu “Serro Porteno”nun əsas heyətinə 2014-cü ildə yüksəlib. İndiyədək 70 rəsmi oyuna çıxan Serxio Diaz 16 qol vurub.