TÜRKİYƏ BU GÜN YENİ PREZİDENTİNİ VƏ PARLAMENTİNİ SEÇƏCƏK

0
685

Bu gün Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçirilir.

Arazinfo.com  Modern.az-a istinadən xəbər verir ki, MHP başqanı Dövlət Baxçalının təklifi ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ilin aprel ayında növbədənkənar seçkilərin keçirilməsi barədə qərar verib.

Səsvermə prosesi bütün ölkədə səhər saat 8-də başlayacaq. Axşam saat 5-də isə seçki məntəqələrinin qapıları seçicilərin üzünə bağlanacaq.

Prezidentlik üçün 6 namizəd mübarizə aparır:

Rəcəb Tayyib Ərdoğan – AKP

Maral Akşənər – İYİ Partiya

Məhərrəm İncə – CHP

Doğu Perinçək – Vətən Partiyası

Təməl Karamollaoğlu – Səadət Partiyası

Səlahəddin Dəmirdaş – HDP

 

Parlamentə keçirilən seçkilərdə isə 10 partiya mübarizə aparır:

Ədalət və İnkişaf Partiyası (AKP)

Müstəqil Türkiyə Partiyası

Böyük Birlik Partiyası (BBP)

Cümhuriyyət Xalq Partiyası (CHP)

Demokrat Partiya

Xalqların Demokratik Partiyası (HDP)

İYİ Partiya

Milliyyətçi Hərəkat Partiyası (MHP)

Səadət Partiyası

Vətən Partiyası

BIR CAVAB BURAXIN