Trampla Klintonun fərqi azalır

0
614

Respublika partiyasından ABŞ-ın prezidenti postuna namizədliyini təmin edən milyarder Donald Tramp amerikalı seçicilər arasında populyarlığına görə seçki kampaniyasındakı əsas rəqibi – demokrat Hillari Klinton ilə arasında olan fərqi azaldıb. Bu məlumat iyunun 17-də dərc olunan “Ipsos” beynəlxalq sosioloji mərkəzi ilə “Reuters” agentliyinin müştərək keçirdikləri yeni ümummilli sorğunun nəticələrində əksini tapıb.

QafqazinfoAzərtac-a istinadla xəbər verir ki, əldə olan məlumata əsasən bu ilin noyabrında keçirilməsi planlaşdırılan seçkidə rəyi soruşulanların 34,8 faizi Trampa, 45,5 faizi Klintona səs verməyə hazırdır. Sorğuda iştirak edən respondentlərin 19,7 faizi isə hələ fikirlərini tam olaraq müəyyən etmədiklərini bildirib. Beləliklə də hazırda namizədlər arasında populyarlıq fərqi 10,7 faiz təşkil edir. Halbuki bir həftə əvvəl bu göstərici 14,3 faiz olmuşdu.

Sorğunu təşkil edən mütəxəssislərin fikrincə, son həftə ərzində Trampın populyarlığının artmasına Orlando ştatında 49 nəfərin öldürülməsi ilə nəticələnən hücuma sərt reaksiya səbəb ola bilər. “Gecə klubuna hücumdan sonra Tramp milli təhlükəsizlik barədə çıxışlarının tonunu yüksəldərək seçkilərdə qələbə qazanacağı təqdirdə ABŞ və onun müttəfiqlərinə qarşı “terror tarixi sübut olunan” bütün ölkələrdən miqrasiyanı qadağan edəcəyini bildirib”, – deyə “Reuters” agentliyi yazır.

Son sorğunun nəticəsinə əsasən respondentlərin 45 faizi milyarderin müsəlmanların ABŞ-a daxil olmasını qadağan etmək barədə təklifini (keçən həftə bu göstərici 41,9 faiz təşkil edirdi), 70 faizi isə ölkədə silah dövriyyəsinin məhdudlaşdırılması ideyasını dəstəkləyib ki, bu da 2014-cü illə müqayisədə 10 faiz artıqdır.

BIR CAVAB BURAXIN