Tramp ABŞ-ın NATO-nu tərk etməsi planını işə sala bilər

0
555

Rusiyanın casusu olmaqda şübhəli bilinən prezident Donald Tramp müttəfiqlərinin Vaşinqtondan  narazılıqları artdığı halda ABŞ-ın NATO-dan çıxması məsələsini gündəmə gətirə bilər.

Arazinfo.com-un verdiyi məlumata görə, bu barədə Nyu-York Tayms (The Nevv York Times) qəzetində bu gün gedən yazıda deyilir. Qəzet yazır ki, Tramp konfedinsial şəkildə bir  neçə dəfə ABŞ-ın NATO-nu tərk edə biləcəyini bildirib. Tramp NATO-nun digər üzvlərinin müdafiə xərclərini artırmasını tələb edərək ABŞ-ın bundan sonra da qurumun maliyyə ağırlığını öz üzərinə götürmək niyyətində olmadığını bəyan edib. Xatırladaq ki, hələ ötən il Politico qəzeti yazmışdı ki, Tramp NATO liderləri görüşündə deyib ki, əgər quruma üzv ölkələr müdafiə xərclərini artırmasalar, onda ABŞ NATO-nu tərk edəcək.