Trampın xanımı oğlu ilə Ağ Evə köçməkdən imtina etdi

0
453

11

ABŞ-ın 45-ci prezidenti Donald Tramp 2017-ci il yanvarın 20-də baş tutacaq inaqurasiya mərasimindən sonra ənənəyə uyğun olaraq Ağ Evə köçməlidir.“Qafqazinfo”nun verdiyi məlumata görə, yeni prezidentin həyat yoldaşı Melaniya Tramp və oğlu Berron isə onu bu səfərdə müşayiət etməyəcəklər. Belə ki, onlar inaqurasiyadan sonra da Nyu-Yorkdakı villalarında qalmağı planlaşdırırlar.
ABŞ-ın birinci xanımının bu qərarı 10 yaşlı oğlunu depressiyaya salmaq və onun rahatlığını pozmaq istəmədiyinə görə verdiyi bildirilir.
Bundan əlavə, Donald Trampın ailəsinin təhlükəsizliyi üçün mühafizəçilərin sayını əvvəlkindən bir neçə dəfə artıracağı iddia olunur.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

fourteen − eight =