Tramp yenə də Putini təriflədi

0
418

ABŞ prezidenti seçilmiş Donald Tramp bir daha Rusiya prezidenti Vladimir Putini tərifləyib.

O bunu, Putin Barak Obamanın 35 Rusiya diplomatını ölkədən çıxarmaq qərarına “gözə-göz” prinsipi ilə cavab verilməyəcəyini bildirəndən sonra edib.

Cənab Tramp yazdığı tvitdə Putini “gözəl ləngitməyə” görə tərif edib: “Mən həmişə bilirdim ki, o çox ağıllıdır!”

Təhlilçilər Tramp-ın “gözəl ləngitmə” ifadəsi ilə nə demək istədiyini sual edirlər.

Müxbirlər diqqəti belə bir məqama çəkirlər ki, Tramp bu mesajını hesabının ən yuxarısında yerləşdirib.

Qərb mediası yazır ki, beləliklə, Donald Tramp ABŞ prezidentinin yox, rəqib ölkənin tərəfini saxlayıb.

Bununla belə, Barak Obama Konqresdə istər demokratlar, istərsə də respublikaçılar arasında geniş dəstəyə malikdir.

Putinin ABŞ-ın sanksiyalarına cavab verilməyəcəyi barədə bəyanatı ilə bağlı Ağ Evdən hələlik reaksiya olmayıb.

Lakin Senatın Silahlı Qüvvələr Komitəsinin sədri senator John McCain Rusiyanın haker hücumunu “müharibə aktı” adlandırıb.

Senator bəyan edib ki, Rusiya “demokratiyanın təməlinə etdiyi hücumun bədəlini ödəməli olacaq”.

O Rusiyaya qarşı yeni sanksiyaların qoyulacağını istisna etməyib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

six − four =