Tramp sonuncu səsvermədən də qalib çıxdı

0
459

Donald Tramp Seciçi Kollegiyasında son səsvermədən keçərək Amerika Birləşmiş Ştatlarının 45-ci prezidenti kimi rəsmən təsdiq edilib.

Qələbəsini təsdiqləmək üçün ona kollegiyadakı səslərin 270-dən çoxunu qazanmaq kifayət idi, lakin Tramp səslərini ona verəcəklərini vəd etmiş 306 kollegiya üzvündən 304-nün səsini qazanıb.

Onun kollegiya üzvlərindən yalnız ikisi səslərini keçmiş konqresmen Ron Paul-a və Ohayo qubernatotu John Kasich-ə verib.

Birləşmiş Ştatlarda Seçici Kollegiyalarının səsverməsi adətən formal xarakter daşıyır və seçkinin nəticələrindən demək olar ki, fərqlənmir, lakin bu səsvermə, seçkinin ətrafında yaranmış siyasi hay-küyə görə fərqli idi.

Üstəlik Trampın demokrat rəqibi Hillary Clinton seçici sayına görə respublikaçı biznesmendən 2 milyon 800 min artıq səs toplamışdı. Bu, ümumiyyətlə ABŞ tarixində rekord göstərici idi.

Bu səbəblərə görə Clinton-un bir çox tərəfdarları və Trampın əleyhdarları dekabrın 19-da keçirilən kollegiya səsverməsinə son ümidlərini bağlamışdılar.

Lakin ABŞ boyunca keçirilən etiraz aksiyalarına, anti-Tramp lobbiçilərinin cəhdlərinə və hətta kollegiya üzvlərindən bəzilərinin hədələnməsinə baxmayaraq kollegiyadakılar ilkin rəylərini dəyişməyiblər.

Xanım Clinton Seçici Kollegiyasında ümid bağladığı 232 səsdən yalnız 224-ü qazana bilib. Ona səs verməli olan dörd kollegiya üzvü fikrilərini dəyişiblər. Beləliklə xanım Clinton Trampdan daha çox kollegiya səsi itirib.

Amerikanın əksər ştatlarında anti-Trampçılar hökumət binalarının qarşısında etiraz aksiya və piketləri keçirirdilər.

Trampın kollegiya qələbəsi Amerika tarixində keçirilmiş 58 seçki arasında reytinqə görə 46-cı yeri tutub.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

fourteen − fourteen =