Baş məşqçiyə 10 milyon avro verib qovurlar

0
550

PSJ baş məşqçi Unay Emeri ilə yollarını ayırmağa hazırlaşır. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, ispaniyalı mütəxəssisin fəaliyyəti klub rəhbərliyini qane etmir.

 

Komandanın bu mövsüm uğursuz çıxış etməsi parisliləri radikal dəyişikliyə vadar edir. Fransızlar artıq 45 yaşlı çalışdırıcını istefaya göndərmək barədə düşünürlər. Rəhbərlik müqaviləyə xitam verilməsi üçün hətta baş məşqçiyə 10,5 milyon avroluq təzminat haqqını ödəməyə də hazırdı.

 

PSJ-nin baş məşqçi postuna namizədlər də bəllidi. Belə ki, Emerini tezliklə Lui van Qal, Roberto Mançini və ya Fabio Kapello əvəz edə bilər.

 

Qeyd edək ki, mövsümlərararı fasilədə PSJ-nin “sükanı arxası”na keçən Unay Emerinin klubla müqavilə müddəti 2018-ci ilin yayına qədərdi.

BIR CAVAB BURAXIN