Tramp: İsrailə özünü müdafiə üçün hər il 4,5 milyard dollar veririk

0
239

ABŞ müdafiə qabiliyyətini yüksəltmək üçün hər il İsrailə 4,5 milyard dollar həcmində maliyyə yardımı göstərir.

Mediainfo.az-ın Nevvsru.co-ya istinadən verdiyi xəbərə görə, bu barədə prezident Donald Tramp İraqa səfəri çərçivəsində Suriyadakı vəziyyət və İsraillə münasibətlərlə bağlı  bəyanatında deyib. KİV nümayəndələri ilə söhbətində Trampdan ABŞ qoşunlarının Suriyadan çıxarılmasının Vaşinqtonun ən yaxın müttəfiqi İsraili təhlükə altında qoya bilməsi ilə məsələni şərh etməyi xahiş ediblər. Tramp isə onlara cavabında deyib: “Mən bunu başqa cür dəyərləndirirəm… Siz bilirsiniz ki, biz hər il İsrailə 4,5milyard dollar dəyərində maliyyə yardımı göstəririk. Onlar özlərini müdafiə etməyi çox yaxşı bacarırlar və siz istənilən an bunun şahidi ola bilərsiniz”.