Rusiyanın ən iri şəhərlərindən biri olan Omskda 10 tibb ocağına və məktəblərə “mina qoyulub”.
Arazinfo.com-un rambler.ru-ya istinadən verdiyi xəbərə görə, naməlum şəxs hüquq-mühafizə orqanlarına zəng edərək Omskda 10 tibb ocağının və çoxlu sayda məktəbin minalanığını deyib. Hadisə ilə bağlı təçili şəkildə tibb ocaqları və məktəblərdən insanlar evakuasiya edilib. Hazırda Rusiya Fövqəladə hallar nazirliyinin yerli şöbəsi minalandığı iddia edlən obyektlərdə araşdırma aparır.
Xatıraldaq ki. bundan əvvəl analoji hadisə Krasnoyarskda baş vermişdi. Lakin araşdırma zamanı hər hansı şübhəli əşya aşkar edilməmişdi.