Tramp İranla nüvə sazişinə yenidən baxacaq

0
550
 11

ABŞ-ın yeni prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı sazişə dəyişikliklər edilməsi və yenidən baxılması üçün tələb irəli sürəcək.

Trend xəbər verir ki, bu barədə D.Trampın xarici siyasət üzrə müşaviri Valid Fares deyib. Onun sözlərinə görə, yeni prezident sənədi müzakirə üçün Konqresə göndərəcək və İran tərəfindən sazişin bəzi bəndlərində dəyişikliklər edilməsini tələb edəcək.

Qeyd edək ki, D.Tramp seçki kampaniyası çərçivəsində dəfələrlə İranla bağlanmış nüvə sazişini tənqid edib.

BIR CAVAB BURAXIN