Rusiya Beynəlxalq cinayət məhkəməsindən çıxmasına aydınlıq gətirdi

0
542

11

“Rusiyanın Beynəlxalq cinayət məhkəməsindən çıxması milli maraqlarla bağlıdır”.

Bunu noyabrın 16-da “Lenta.ru”ya Kremlin sözçüsü Dimitry Peskov deyib.

Rəsmi Moskva elə həmin gün Rusiyanın Beynəlxalq cinayət məhkəməsinin yurisdiksiyasından çıxdığını bəyan edib və prezident Vladimir Putin müvafiq sənəd imzalayıb.

Sənıd imzalandığı gündən qüvvəyə minib.

Öz növbəsində Dövlət Duması bəyan edib ki, bu məhkəmə son vaxtlar qərəzli siyasi möve tutmaqla məşğuldur.

Beynəlxalq cinayət məhkəməsinin prokuroru Fatu Bensuda bu günlərdə Krımn Rusiya tərəfindən ilhaqını Ukrayna ilə müharibə və onun ərazisinin işğalı kimi qəbul edib.

Beynəlxalq Cinayət Məhkəməsi 1998-ci ildə BMT-nin rəhbərliyi ilə yaradılıb.

Rusiya ona 2000-ci ildə qoşulub.

BIR CAVAB BURAXIN