TQDK yüksək bal toplayanların sonrakı həyatını araşdıracaq

0
279

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) qəbul imtahanlarında yüksək bal toplayan şəxslər haqqında məlumatların toplanılması üçün yeni layihə həyata keçirəcək.

TQDK-dan verilən məlumata görə, layihə çərçivəsində abiturient.az saytının yeni bölməsində indiyə qədər keçirilən qəbul imtahanlarında yüksək bal toplayan, eləcə də 1999-cu ildən çap olunan “Abituriyent” jurnalının müvafiq saylarında bilik yarışının öncülləri sırasında adları dərc olunan şəxlər haqqında məlumatlar yerləşdirəcək.
Komissiyadan bildirilib ki, məqsəd yüksək bal toplayan gənclərin sonrakı həyat yolu haqqında informasiyanın vahid mərkəzdə toplanmasıdır. Yeni yaradılacaq bölmədə yüksək bal toplayan gənclər özləri haqqında ilkin məlumatlarla tanış ola biləcəklər. Onlara sonrakı təhsilləri, iş yerləri, məqsədləri, tövsiyələri və s. barədə daha geniş məlumat vermək üçün imkan yaradılacaq və razılıqları olduğu təqdirdə bu məlumatlar ictimaiyyətə açıq olacaq.
Məlumata görə, yüksək bal toplamış gənclərin təbliği, uğurlu həyat yolu, təcrübələrinin öyrənilməsi, onların nailliyyətlərinin nümunə olaraq təqdim olunması ictimaiyyət tərəfindən maraqla qarşılanacaq.
Layihə haqqında abiturient.az və tqdk.gov.az saytları vasitəsilə ətraflı məlumat veriləcək.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

four × 3 =