Tarix İnstitutunun alimlərinin bu il 300-ə yaxın məqaləsi çapdan çıxıb

0
327

Dekabrın 13-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun 2017-сi ildəki elmi fəaliyyətinə həsr olunan hesabat yığıncağı keçirilib.

Tarix İnstitutundan Arazinfo.com-a verilən məlumata görə, Elmi Şuranın iclasında institutun illik hesabatı təqdim olunub.

İnstitut direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov bildirib ki, institutun elmi-tədqiqat fəaliyyəti ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir: “Tarix İnstitutunda aparılan tədqiqatlar Prezident İlham Əliyevin təşəbbüsü, çağırışları və tapşırıqları əsasında həyata keçirilir”.

İclasda bildirilib ki, 2017-ci ildə Tarix İnstitutunda 58 adda yeni kitab, institut əməkdaşlarının isə nüfuzlu elmi jurnallarda 275-dən artıq məqaləsi nəşr olunub. Qeyd edək ki, Prezident İlham Əliyevin təşəbbüsünə əsasən bu il İrəvan xanlığının tarixi ilə bağlı broşürlər (Azərbaycan və rus dillərində), ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımları ilə bağlı əsərlər, “Real tarix və “Böyük Ermənistan” uydurması” (Azərbaycan, rus və ingilis dillərində) və digər kitablar çapdan çıxıb.

2017-ci ildə “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda IV Beynəlxalq elmi konfrans, “Azərbaycan xalqına qarşı soyqırımları tarixində Xocalı” mövzusunda elmi konfrans, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi ilə bağlı beynəlxalq elmi konfrans və digər tədbirlər keçirilib.

Bu il Tarix İnstitutu “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsi çərçivəsində orta məktəb şagirdləri ilə görüşlərini davam etdirib.

Qeyd olunub ki, Y.Mahmudovun rəhbərlik etdiyi nümayəndə heyəti 2017-ci ildə Bolqarıstanda, Polşada və Türkiyədə elmi ezamiyyətdə olub.

AMEA-nın İctimai Elmlər Bölməsinin (İEB) akademik-katibi, akademik Nərgiz Axundova, tarixçi alimlər Cəbi Bəhramov, Tofiq Mustafazadə, Hacı Həsənov və başqaları çıxış edərək, Tarix İnstitutunun 2017-ci ildə gördüyü işləri yüksək dəyərləndiriblər.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

five × three =