Suriyaya S-300 zenit raket komplekslərinin verilməsi bölgədə gərginliyi daha da artıracaq

0
621

İsrail Baş naziri Benyamin Netanyahu prezident Vladimir Putinlə telefon danışığında deyib ki, Suriyadakı məsuliyyətsiz şəxslərin əlinə S-300 zenit-raket komplekslərinin verilməsi bölgədəki vəziyyətin daha da gərginləşməsinə səbəb olacaq.

Mediainfo.az-ın verdiyi xəbərə görə, bu barədə Netanyahunun Mətbuat xidmətinin yaydığı məlumatda deyilir. Məlumatda qeyd edilir ki, İsrail bütün hallarda bölgədəki vəziyyəti xüsusi diqqət mərkəzində saxlayacaq, özünün maraqlarını və təhlükəsizlyini təmin etmək üçün müvafiq addımlar atacaq.

Xatıraldaq ki, Rusiyanın Suriyaya S-300-lər verməsi barədə qərar qəbul etməsinə səbəb bortunda 15 rus hərbçisinin olduğu “İl-20” təyyarəsinin Aralıq dənizi üzərində vurulması olub. Təyyarə Suriya tərəfindən vurulsa da Moskva bu məsələdə İsraili günahlandırır.

 

BIR CAVAB BURAXIN