ABŞ Senatı “Erməni Soyqırımı” haqqında qanun layihəsini yekdilliklə qəbul edib

0
376

ABŞ Senatı 1915-ci il hadisələrini ‘Erməni Soyqırımı’ olaraq xarakterizə edən qanun layihəsini qəbul edib.

APA-nın yerli bürosunun Türkiyə mediasına istinadla verdiyi xəbərə görə, dördüncü dəfə səsə qoyulan qanun layihəsini yekdilliklə qəbul olunub.

Qanun layihəsi daha əvvəl Nümayəndələr Palatasında 11 səsə 405 səslə qəbul edilib, lakin Senat tərəfindən üç dəfə ləğv edilib. Bu dəfə isə təsdiqlənib

Nyu-Cersi senatoru Bob Menendez bu xəbəri özünün Twitter hesabında belə yazıb: “Erməni soyqırını tanımaq və anmaq qərarımız ABŞ Senatından yeni keçib”.