Süni intellekt yeni planet tapdı!

0
736

Astronomlar “Kepler-90” ulduz sistemində yeni, 8-ci ulduz tapıblar. NASA-dan bildirilib ki, bu, hazırda yeganə sistemdir ki, Günəş sistemində olduğu kimi, səkkiz ulduzdan ibarətdir.

 

İKT.lent.az-ın xəbərinə görə, kəşf “Google” tərəfindən hazırlanmış süni intellektin köməyi ilə edilib. Alimlər “Kepler” teleskopu ilə toplanan məlumatların təhlilini aparıblar. Bu teleskop 2009-cu ilin martında fəaliyyətə başlayıb və əsas vəzifəsi planet sistemləri və digər ulduzları axtarmaqdır. Bu, ulduzların parlaqlığındakı tərəddüdlərin müşahidəsi əsasında həyata keçirilir.

 

Süni intellektin öyrədilməsi üçün “Kepler”dən 2009-2013-cü illərdə alınan məlumatlardan istifadə olunub. Kompüter daha əvvəl əl rejimində yoxlanılan 15 min siqnalı analiz edib. Nəticədə o, 96% halda planetləri düzgün tanıya bilib. Təlimdən sonra süni intellektə planet sisteminə malik 670 yeni ulduzu təhlil etmək həvalə olunub. İşin yekununda süni intellekt “Kepler-90” sistemində daha bir planet (sayca 8-ci) aşkarlayıb.

 

Qeyd edək ki, “Kepler-90” Yerdən 2,5 min işıq ili məsafədə yerləşir. Onun kütləsi və radiusu Günəş sisteminin müvafiq göstəricilərindən 1,2 dəfə çoxdur. Oradakı planetlər ulduzlara çox yaxındır, bu səbəblə həyat üçün əlverişsizdir. Temperatur Selsi ilə 420 dərəcəyə çatır.

BIR CAVAB BURAXIN