
«Stiven Hokinq: Yeni Yer ekspedisiyası» adlı sənədli filmdə fizik bəşəriyyətin mövcudluğuna təhlükə yaradan bütün təhdidlər barədə – Yer planetində həyatı məhv edə biləcək yerdəyişmələrdən, epidemiyalardan, asteroidlərdən və digər amillərdən – danışır. Fizik, nüvə müharibəsindən, süni intellekdən və genetik modifikasiya olunmuş viruslardan ayrıca söhbət açır.
Bundan əvvəl Hokin digər optimist proqnoz dərc etdirmişdi. Həmin proqnozda o, həyat üçün yararlı başqa dünyanı tapmaq və onu işğal etmək üçün hələ bəşəriyyətin təxminən, 100 il vaxtı olduğunu bildirmişdi.