Sirri açılmayan ölüm gölləri

0
739

 

Arazinfo.com sirli ölüm gölləri ilə bağlı yazını təqdim edir.

Günümüzdə elm və texnikanın sürətlə inkişaf etməsinə,  bəşər övladının ən uzaq planetlərə belə uçub getməsinə baxmayaraq  Yer kürəsinin sirrləri tam şəkildə öyrənilməyib. Bunu planetimizdə ara-sıra gündəmə gələn və insanı heyrətdə qoyan müəmmalı və sirli məkanlar da  sübut edir. Bu baxımdan Yer kürəsində sirli və anormal hadisələrin baş verdiyi və insanlara ölüm və fəlakət gətirən yüzlərlə göllər var. Bu göllərin adları da insanlara gətirdikləəri fəlakət və ölümlərlə bağlı, “Ölüm”,  “Dəhşət”, “Qorxu”, ” Təhlükə” və digər adlarla tanınır. İnsanlar üçün təhlükəli və qorxulu hesab edilən və bu günə kimi sirrini açmaq mümkün olmayan göllərdən biri də Pereslavl- Zalessk  ( Rusiya) yaxınlığındakı göldür. Bu göldə yerli sakinlər çimməyə ehtiyat edirlər.

Çünki göldə çimmək  insana ölüm gətirir.  Ona görə də yerli hakimiyyət orqanları göldə çimməyi qadağan ediblər. Buna baxmayaraq balıq həvəskarları burada balıq tutmaqda davam edirlər. Onların tutduqları balıqlar da qeyri-adi olur. Belə ki, göldə müntəzəm olaraq dünyanın digər yerlərində çox nadir hallarda rast gəlinən və ya heç təsadüf edilməyən birgözlü, üçgözlü, üzgücü qəlsəmələri əvəzinə pəncələri olan, tüklü, alimlərə bu günə kimi nəsli məlum olmayan balıqlara rast gəlinir. Yerli sanitar stansiyasının həkimləri bunun səbəbini öyrənmək məqsədi ilə dəfələrlə göldən numunələr götürərək onu yoxlatmışlar. Amma göldən götürülən su numunələrində balıqların mutant olmasına səbəb ola biləcək radiasiya aşkar edilməyib. Gölün suyu adi içməli suylardan heç nə ilə fərqlənmir. Üstəlik göldən mənbəyini götürən kiçik çay şəhəri su ilə təchiz edən Pleşevo gölünə tökülür. Amma bu gölün digər bir qəribəlikləri də var. Belə ki, qadağlara baxmayaraq bura gələn turistlər arasında göldə çimmək həvəsinə düşənlər var və hər il bu göldə çimən turistlər arasında bataraq səssiz-səmirsiz yoxa çıxanlar olur. Lakin göldə batanların meyitlərini tapmaq mümkün olmur. Tədqiqatçıların səylərinə baxmayaraq göldə batanların meyitlərinin haraya yoxa çıxdığını heç cür müəyyən etmək mümkün olmur. Şahidlərin dediklərinə görə qadağalara məhəl qoymadan göldə çimən turistlərdən biri gölün yarısına kimi üzüb və gözlənilmədən fəryad edərək suyun altına gedib. Bir andan sonra turistin batdığı yerin üzərində neft ləkəsinə bənzər qara ləkələr peyda olub. Bu ləkələr tədricən bütün gölün səthinə yayılıb. Axşam isə turistin batdığı yerdə diametri 5 metr olan işıqsaçan ləkə müşahidə edilib. Bunu görən yerli sakinlərdən iki nəfəri qayıqla hadisə yerinə gedib. Qayıq hadisə yerinə çatar-çatmaz turistin batığı yerdən yayılan yaşıl işıq qayıqdakıların gözünü qamaşdırıb. Bunun ardınca göldə turist batan yerdən 4 metr hündürlüyündə fontan vurmağa başlayıb. Bundan sonra qayıqdakılar tələm-tələsik hadisə yerini tərk etməyə məcbur olublar. Bundan əlavə göldə çimməyə cəsarət etməyən, ancaq onun suyu ilə dərisini isladan sakinlərin əksəriyyətində naməlum dəri xəstəliyi müşahidə olunur. Onların saçları tökülür, dəriləri pulcuq- pucuq olur, ara vermədən qaşınır, alınlarında buynuza bənzər şişlər əmələ gəlir. Yalnız 6-8 aydan sonra xəstəlik tədricən keçib gedir.  Şəhər rəhbərliyi baş verən müəmmalı hadisələrə aydınlıq gətirmək üçün  təcrübəli dalüıcları dəvət ediblər. Gölün dibinə enməyə cəsarət edən dalğıclar ehiyatla və qorxu içində onun dibini yoxlayıblar. Məlum olub ki, gölün dibində qəribə yarıqlar var və su sürətlə həmin yarıqlara dolur. Gölün ortasında turistlər batan yerdə isə dərinliyini müəyyən etmək mümkün olmayan quyu var. Bu quyu nə üçündür məlum deyil. Belə ehtimal edilir ki, batanlar məhz həmin quyuda yoxa çıxırlar. Bu gölün sirrini öyrənmək üçün SSRİ dövründə tanınmış alimlər ora ezamiyyətə göndərilmişdi. Göl haqqında söylənilən dəhşətli hadisələri az qala mistika və psixoloji cəhətdən özünü qorxutma kimi qəbul edən tədqiqatçıların bir neçəsi göldə çimməyə başlamış və onlar da müəmmalı şəkildə yoxa çıxmışdılar. Onların meyitlərinin tapılması üçün ən tanınmış təcrübəli dalğıclar dəvət edilmişdilər. Lakin onlar göldə batan insanın qalıqlarını aşkar edə bilmədilər. Hətta onlardan biri möcüzə nəticəsində son anda göldə batmaqdan xilas ola bildi və uzun müddət psixoloji gərginlik içində yaşadı. Bundan sonra göldə tədqiqat işləri aparmağa heç kim cəsarət etmədi.

Smerdyaçye -ölüm mənbəyi

 

İnsanlara ölüm gətirən digər bir göl isə Moskvanın Şatursk rayonunda yerləşir. Göl torflu olduğundan onun suyu qırmızıyabənzər-şabalıdı rəngə çalır. Bəzi yerlərdə isə suyun rəngi ümumiyyətlə qapqaradır. Bu göldə balığa rast gəlmək mümkün deyil. Yerli əhali araında isə gölə ölüm gölü deyirlər. Belə ki, gölə yaxınlaşan istənilən adamın əhvalı pozulur və o, özünü pis hiss etməyə başlayır, həyacanlanır, narahat olur. Smerdyaçye gölündə hər il bir neçə adam batır. Ona görə də yerli əhali imkan dairəsində gölə yaxınlaşmır. Təyyarədən baxanda göl dairəvi təsir bağışlayır. Hələ ötən əsrin 80-ci illərində gölü tədqiq etmək istəyən alimlər onun kosmik mənşəli olduğu ehtimalını irəli sürüblər. Ancaq bunu sübut etmək mümkün olmayıb. “Kosmikkimya” laboratoriyasının mütəxəssisləri sirli gölü tədqiq edərək bu qərara gəliblər ki, göl keçmiş dövrlərdə bura düşən meteorit nəticəsində əmələ gəlib.

Lakin göl ətrafında insanın özünü pis hiss eməsi həyacan keçirməsi narahat olmasının səbəbini müəyyən etməkdə tədqiqatçılar çətinlik çəkməkdədirlər.  Ona görə də gölün ətrafında xəbərdarlıq işarələri qoyulub və ona yaxınlaşmaq məsləhət görülmür.

Qədim məbədin dəhşətləri

Sankt-Peterburqdan 80 kilometr uzaqlıqda yerləşən Sosnovı Bor şəhərinin kənarında ölüm saçan Kalişensk gölü var. Bu gölün adıı qədim rus mənbələrində xüsusi dini rituallar keçirilən Kapişenin ( bütxana və ya məbəd) adından götürülmüşdür. Gölün ətrafında çoxlu sayda heyvanlar, quşlar yaşayır. Amma onların heç biri gölə yaxınlaşmır və ondan kənar dolanırlar. Göldə balıq da daxil olmaqla bir canlı belə yaşamır. Alimlər isə bu sirli fenomeni heç cür İzah edə bilmirlər. Yerli sakinlərin dediklərinə görə, gölün kənarında adamı dəhşətli bir qorxu bürüyür. Ona görə də gölün sirrini açmaq istəyən Leninqrad Dövlət Universitetinin bir qrup alimi oraya 10-15 nəfərlik xüsusi qrupla getmişlər. Ancaq gölə yaxınlaşan kimi onların hamısını qorxu və həyacan bürümüş, özlərindən asılı olmadan oradan qaçaraq uzaqlaşmağa çalışmışlar. Ona görə də gölü alçaq məsafəən uçan vertolyot vasitəsi ilə tədqiq etmək fikrinə düşdülər. Bu məqsədlə ən müasir texnoloji imkanlardan belə istifadə etmək qərarına gəlindi. Lakin 5 nəfərlik qrup vertolyotla gölün üzərindən uçarkən həm pilot, həm də ekspedisya üzvləri yenidən yerdə yaşadıqları analoji qorxu içinə düşdülər. Vertolyotun pilotu az qla qəza törətmişdi və son anda o çətinliklə də olsa özünü ələ alaraq  göldən bir neçə kilometr uzaqlıqdakı çəmənlikdə vertolyotu yerə endirə bidi. Bundan sonra daha heç bir tədqiqatçı gölə yaxınlaşmağa cəsarət etmədi. Onu da deyək ki, bu gölün digər bir qəribəlikləri də var. Çox vaxt uzaqdan baxanda gölün sahilində diametri 5-10 metrə çatan kvadrat şəkilli xəndək görünür. Bu xəndək gah gözdən itir, havada sanki buxarlanır, gah da yenidən peyda olur. Əvvəlcə alimlər bunu gözün aldanması ilə izah etdilər. Ancaq sonra bunu yoxlamaq üçün xüsusi optik  görmə gihazı ilə  birdən peyda olan və sonra qəfildən yoxa çıxan bu qəribə obyekti müşahidə etdilər. Məlum oldu ki, insan gözü heç də aldanmır. Həqiqətən də kvadratşəkilli obyekt qəfildən peyda olduğu kimi, qəfildən də yoxa çıxır, sanki havada buxarlanırdı. Alimlər isə bu günə kimi ən müasir elmi cihazlarla belə bu qəribə müəmmalı gölün sirrini aça bilməyiblər. Bu gölün digər bir qəribəliyi isə gecələr onun səthindən bir neçə metr hündrlükdə işığın peyda olmasıdır. Sanki hansısa əl  gölün üzərini böyük gücə malik lampalarla işıqlandırır. Bu işığın haradan və necə peyda olmasının da sirrini tapmaq hələlik mümkün olmayıb. Düzdür, bəzi alimlər bu sirli fenomeni gölün dibində toplanan qazla izah edirlər. Ancaq işığın gölün səthindən bir neçə metr hündürlükdə peyda olması onların dediklərinin doğru olmadığını  göstərir. Gölün kosmosdan çəkilən şəkilləri də olduqca parlaq və işıqlı çıxıb. Sanki gölün üzərində minlərlə lampa quraşdırılıb. Ona görə də kosmos vasitəsi ilə çəkilən şəkillər vasitəsi ilə də gölün sirrinə açar tapmaq mümkün olmayıb.

Əziz Mustafa/ Arazinfo.com

 

BIR CAVAB BURAXIN