“Şimali Koreya BMT-də səs hüququndan məhrum edilməlidir”

0
562

 Şimali Koreya BMT-də səs hüququndan məhrum edilməlidir. Bunu BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında ABŞ-ın qurumdakı daimi nümayəndəsi Nikki Heyli bəyan edib.

O, həmçinin bütün dövlətləri rəsmi Pxenyanla əlaqələri kəsməyə çağırıb.

“Biz heç vaxt Şimali Koreya ilə müharibə axtarmamışıq, indidə axtarmırıq. Lakin heç kim şübhə etməsin, bu baş versə Pxenyan rejimi tamamilə məhv ediləcək”, deyə N.Heyli bildirib.

ABŞ rəsmisi həmçinin bildirib ki, prezident Donald Tramp Çin sədri Si Cinpinlə telefon danışığında rəsmi Pekini Şimali Koreyaya neft tədarük etməməyə çağırıb.Apa

BIR CAVAB BURAXIN