Senat ‘Ukrayna müdafiəçisi’ Haley-i BMT səfiri təsdiq etdi

0
629

 Nikki Haley

Nikki Haley

ABŞ Senatı prezident Donald Tramp-ın BMT səfirliyinə namizədi Nikki Haleyi 96-4 səs çoxluğu ilə təsdiq edib.

Cənubi Karolina ştatının qubernatoru Nikki Haley demokrat senatorların böyük dəstəyini ona görə qazanıb ki, dinləmə zamanı respublikaçıların BMT-nin maliyyələşdirilməsini azaltmasq planlarını dəstəkləmədiyini bildirib.

Demokrat Ben Cardin-in sözlərinə görə, xanım Haley bunu da deyib ki, 2014-cü ildə ilhaq edilməsinə baxmayaraq Krımı Rusiyanın bir hissəsi hesab etmir. Bundan başqa Nikki Haley Ukraynanın suverenliyini “güclü şəkildə” dəstəklədiyini deyib.

Senatın Xarici Əlaqələr Komitəsinin sədri Bob Corker deyib ki, hind mühacirlərinin qızı olan xanım Haley-in BMT-də Amerika maraqlarının “qızğın müdafiəçisi” olacağına inanır.

Bundan sonra Senatın dövlət katibliyinə namizəd Rex Tillerson-u səsə qoyacağı gözlənilir. Keçmiş ExxonMobil rəhbəri yanvarın 23-də minimal səs fərqi ilə Xarici Əlaqələr Komitəsindən keçib.

Tillerson-un səsvermədən keçəcəyi az şübhə doğurur. Demokrat senator Joe Manchin Tillerson-a dəstək verəcəyini bildirib.

Manchin 2018-ci ilin mövsümarası seçkisində namizədliyini, prezident seçkisində Trump-ı güclü şəkildə dəstəkləmiş ştatdan verəcək.

O deyib ki, Tillerson-un geniş biznes təcrübəsi “Dövlət Departamentinə bənzərsiz perspektiv gətirəcək”.

BIR CAVAB BURAXIN