Aleksandr Lukaşenko Rusiyadan dəstək alan rəqiblərini zərərsizləşdirir

0
5306

Bu ilin avqust ayında Belarusda keçiriləcək növbəti prezident seçkiləri ərəfəsində adıçəkilən ölkəni hazırda idarəedən Aleksandr Lukaşenko kreslosunu qoruyub saxlamaq üçün ən cüzi imkanlardan belə istifadə etməyə çalışır. Təbii ki, Aleksandr Lukaşenko əvvəlki prezident seçkiləri ilə müqayisədə bu dəfə Rusiyadan dəstək ala bilməyəcəyini yaxşı bilir. Eyni zamanda Lukaşenko və onun komandasına yaxşı məlumdur ki, Rusiya növbəti prezident seçkilərində öz adamını prezident seçdirmək üçün bütün imnkanlardan istifadə edəcək, hətta seçki prosesinə  müxtəlif yollarla müdaxilə etməkdən belə çəkinməyəcək. Bütün bunların qarşısını isə Aleksandr Lukaşenko ilk növbədə Rusiya tərəfindən dəstəklənəcəyi şübhə doğurmayan prezidentliyə namizədləri öncədən zərərsizləşdirmək yolu olə ala bilər. Məhz hadisələrin gedişi də göstərir ki, Lukaşenko prezident seçkiləri ərəfəsində Rusiyadan dəstək alacağı şübhə doğurmayan rəqiblərini küncə sıxışdırmaq planını həyata keçirməyə başlayıb. Qarşıdan gələn prezident seçkilərində isə Lukaşenkonun əsas rəqibi Rusiyanın “Qazprom” kompaniyasının Belarusdakı “Belqazprombank “Açıq Səhmdar Cəmiyyətinin rəhbəri Viktor Babarikodur. Viktor Babarikonun zərərsizləşdirilməsi istiqamətində atılan ilk addımlardan biri isə onun rəhbərlik etdiyi bankın fəaliyyətini məhdudlaşdırmaq ola bilərdi. Məhz bu çərçivədə də Belarus Milli Bankı (QBRB) iyunun 15-də elan edib ki, “Belqazprombank “Açıq Səhmdar Cəmiyyətinin əmanətçiləri və kreditorlarının maraqlarını qorumaq, onun maliyyə vəziyyətinin pisləşməsinə imkan verməmək məqsədilə” idarəetmə administrasiya tətbiq edir. Hələ bir neçə həftə əvvəl, demək olar ki, tamamilə Rusiyanın “Qazprom”un a məxsus olan bu bank Belarusun ən yaxşı banklarından biri hesab olunurdu: reytinqdə beşinci yer, böyük aktivlər və hökumətdən çoxsaylı minnətdarlıq. “Qazprom” və Aleksandr Lukaşenkonun barrikadanın müxtəlif tərəflərinə düşdüyü iki kəskin münaqişə olmasaydı, bu, bundan sonra da belə olardı. Lakin Babarikonun prezidentliyə namizədliyini verməsindən sonra , “Belqazprombank “Açıq Səhmdar Cəmiyyəti gözdən düşmüş oldu və onun üzərinə hücumlar genişləndi. Bu məsələdə Rusiya ilə Belarus arasında qazın alış-satış qiyməti ilə bağlı razılığın olmaması da müəyyən rol oynadı. Belarus üçün qaz qiymətləri problemlərinin həll edilməməsi başağrıdıcı problemlərdən biridir. Babarikonun prezidentliyə namizədliyini verməsindən sonra Lukaşenko komandasının əlinə “Belqazprombank “Açıq Səhmdar Cəmiyyəti ilə haqq-hesab çəkmək üçün əlverişli imkan düşüb. Düzdür Viktor Babariko prezidentliyə namizədliyini verməsindən sonra müvəqqti olaraq , “Belqazprombank “Açıq Səhmdar Cəmiyyətinin rəhbəri postunu tərk edib. Bununla belə Babarikonun qarşıdan gələn prezident seçkilərində məhz , “Belqazprombank “Açıq Səhmdar Cəmiyyəti tərəfindən maliyyəıəşdiirlə biləcəyini nəzərə alan Belarus rəhbərliyi onun fəaliyyətinin məhdudlaşdırılması üçün artıq ilk addımlarını atıb. Təbii ki, Aleksandr Lukaşenko Rusiyanın qazın qiymətində güzəştə getməyəcəyini yaxşı bilir və ona görə də Babariko ilə bərabər , “Belqazprombank “Açıq Səhmdar Cəmiyyəti əsas hədəf seçilib. Üstəlik ötən həftə Rusiyanın bir çox nüfuzlu KİV-lərin “öz mənbələrinə” istinad edərək yazıblar ki, iyulun 1-dən Belarusa qaz tədarükü Minsk borcunu tam ödəyənədək dayandırılacaq. İki ölkənin hökumətləri tərəfindən vəziyyəti aydınlaşdırmaq üçün edilən növbəti cəhdlər  “Qazprom” tərəfindən məsələ həll edilmədiyi üçün uğursuz nəticələndi.” Xatırladaq ki, bir müddət əvvəl, daha dəqiq desək  bu ilin may ayının sonunda “Qazprom” un rəhbəri Aleksey Miller mətbuata açıqlamasında bildirmişdi ki, Belarusun  qaza görə Rusiyaya olan borcu  165 milyon dollardan artıqdır və onun ödənilməməsi  adıçəkilən ölkəyə qaz tədarükünün dayandırılmasına səbəb ola bilər.

Xatırladaq ki, Rusiya ilə imzalanan uzunmüddətli müqavilənin şərtlərinə görə, min kubmetr qazın qiyməti Belarusa  127 dollara başa gəlir. Məsələ ilə bağlı Lukaşenko dəfələrlə bəyan edib ki, onun ölkəsi üçün “mavi yanacaq” ın qiyməti  72 dollar olmalıdır. Üstəlik, Avropa bazarında da qazın qiyməti kəskin şəkildə aşağı düşüb və indi 1 min kubmetrə görə, 80 dollar təşkil edir. Amma “Qazprom” bu qiymətlərlə Belarusa qaz satmaqdan imtina edir.

Hakimiyyət məsələsi

Aydındır ki, Belarusda  “Qazprom” la bağlı bütün maliyyə axınları onun “Belqazprombank”dan keçir. Burada isə məhz prezident seçkiləri ərəfəsində 20 il banka rəhbərlik edən Viktor Babariko gözlənilmədən namizədliyini irəli sürmək qərarına gəldi. Rusiya tərəfindən dəstəklənən Babariko qısa müddətdə əhali arasında rəğbət qazana bilərək qarşıdan gələn prezident seçkilərində Aleksandr Lukaşenkonun əsas rəqibinə çevrildi. Babariko ölkədə keçirilən bütün rəy sorğularında   yalnız müxalifətdən deyil, həm də Lukaşenkonun rəqiblərindən əhəmiyyətli dərəcədə üstün durumdadır. Bundan narahat olan  Lukaşenko, demək olar ki, hər gün ictimaiyyət qarşısında etdiyi çıxışlarında Babarikonu təhqir edir, ancaq onun adını çəkmədən  “Belqazprombank” ın sabiq rəhbəri “dələduzluq yolu ilə pul qazanıb”deyir: “Biz 2016-cı ildən bu bank və onun rəhbərləri ilə işləmişik. Onların xaricdə, o cümlədən Kiprdə və Latviyada bank hesabları, Londonda mülkləri var”.

 İyunun 10-da Belarus prezidenti hüquq-mühafizə orqanlarına Babariko  və “Belqazprombank “Açıq Səhmdar Cəmiyyəti ilə bağlı məsələni araşdırmağı və günahkarları cəzalandırmağı tapşırıb. Növbəti gün Dövlət Nəzarəti Komitəsinin (KQK)1 50 əməkdaşı “Belqazprombank” a axtarışla başlayıblar.

Məlum olduğu kimi, Pulların Yuyulması və vergidən yayınma işi üzrə bankın 15 top-meneceri saxlanılıb. Həmçinin məlum olub ki, axtarış aparılan əksər  özəl firmaların rəhbərləri Babarikonun təşəbbüs qrupunun üzvləridir.

Lukaşenko axtarışlarla bağlı sonradan bildirib ki, saxlanılanlardan onları ifşa edən sənədlər götürülüb. Belarus prezidenti eyni zamanda opponentinə məsələhət görüb ki, Kiprdəki mülkləri, xaricə banka rü.vət verdiyi və çirkli yollarla qazandığı pulları  bölüçdürdüyü bank haqqında məlumat versin.  İyunun 12-də axşam isə dövlət nəzarətinin rəhbəri İvan Tertel bildirib ki, pzidentliyə namizədin hüquqa zidd fəaliyyətlə məşğul olması barədə inandırıcı sübutlara malikdir. Amma hələlik Babarikonun özünü həbs etməyiblər. Bununla bağlı Lukaşenko deyib ki, Babarikonun prezident seçkilərində iştirak etməsinə mane olmaq istəmir. Onun fikrincə xalq Babarikonun qanuna zidd fəaliyyətindən xalq sona kimi xəbər tutmalıdır

Belarus hökumətinin “Belqazprombank”ı sıxışdırması nəhayət ki, “Qazprom”u hərəkətə keşməyə məcbur edib. “Qazprom adı çəkilən bankın sıxışdırılmasını “Belarus Respublikası qanunvericiliyinin və Avrasiya İqtisadi İttifaqı haqqında müqavilənin kobud şəkildə pozulması” adlandırıb. Buna cavab olaraq, Belarus Dövlət Televiziyası Rusiyanın Respublikanın daxili işlərinə müdaxiləsi ilə  bağlı sübutlarını  dünyaya təqdim edəcəyini vəd etdi.  Qeyd olunan işin süjetində  valyuta və xatirə sikkələri ilə göstərilən kadrlarla yanaşı, “Belqazprombank”kolleksiyasından 150 rəsm əsərinin müsadirə edilməsi barədə də məlumat verilib. “Bütün bu işlərin arxasında sadəcə Babarikonun və onun həmkarlarının maliyyə işlərindən daha çox ciddi faktlar dayanır. Bu faktların əsasında inamla demək olar ki, Rusiya Belarusun daxili işlərinə müdaxilə etməsi dayanır”, – deyə Belarus televiziyası məlumat verib.

Nəhayət, iyunun 15-də Belarus hakimiyyəti Bankın rəhbərliyini vəzifəsindən  çıxararaq  xarici orada idarəetməni tətbiq etdi. Hakimiyyətə yaxın politoloqlar bəyan edirlər ki, Rusiyanın Belarusun daxili işlərinə müdaxiləsi ilə əlaqədar “Belqazprombank” milliləşdirilməlidir.

Ümumiyyətlə, kənardan elə görünür ki, sanki Belarus növbəti dəfə  Rusiya ilə münasibətləri pozur. Əvvəl buna görə Qərbdən neft alan Belarus indi də Rusiya ilə münasibətləri gərginləşdirməklə onların dəstəyi ilə  qaz olan ehtiyacının təmin edəcək. Son hadisələri Rusiyada “ailədaxili” problemlər adlandırırlar və bu cür hadisələrin iki ölkə arasında mütəmadi olaraq baş verdiyinə diqqəti cəlb edirlər.

 İndiki qaz münaqişəsi isə prezident seçkiəri dövrünə təsadüf edir və həm Moskva, həm də Lukaşenko bu amildən öz xeyirləri üçün istifadə etməyə cəhd edir.

İndi münaqişənin həlli Aleksandr Lukaşenkonun  iyunun 24-də qələbə paradı üçün Moskvaya səfər edib-etməyəcəyindən asılıdır. Hələlik bu barədə informasiyalar ziddiyyətlidir. Əgər həmin səfər baş tutarsa və Lukaşenko Putinlə görüşsə ola bilsin ki, tərəflər ortaq məxrəcə gələ bilsinlər. Hələliksə Belarus Babarikonu və tərəfdarlarını sıxışdırmaqda davam edir. Belə ki, iyunun 16-da səhər Babariko ailəsinin rəfiqəsi və onun təşəbbüs qrupunun üzvü saxlanılıb. Bütün bublarda onu göstərir ki, prezident seçkiləri ərəfəsində Belarusla Rusiya arasında əsəb müharibəsi davam və edir və bunun kimin xeyrinə olacağını isə gələcək göstərəcək.

Əziz Mustafa