Sanetti qatarının kabusu — Lombardiya tunelinin sirri

0
680
1911-ci ilin 14 iyul tarixində İtaliyanın “Sanetti” turizm şirkəti Romadakı vağzaldan üç vaqonu olan qatarı səfərə göndərib.

106 varlı şəxs qatarın sərnişini olub. Şirkət onlar üçün ölkə daxilində əyləncəli səfər təşkil etmişdi.

Qatar Lombardiya tunelinə yaxınlaşana qədər hər şey qrafik üzrə gedirdi. Amma sonradan qeyri-adi hadisə baş verdi. O andan sonra heç kəs “Sanetti” qatarını görməyib. Xilasedicilər uzun müddət tuneldə axtarış aparsalar da, nə qatar, nə də sərnişinlər tapıldı. Sonradan iki sərnişinin xilas olduğu barədə məlumat üzə çıxdı. “Roma xəbərləri” qəzetində xilas olan sərnişinlərdən birinin müsahibəsi dərc edildi. Sinyor Sacino jurnalistlərə bildirib ki, tuneldə qatı ağ duman olub və naməlum səs eşidilib. Sərnişinlər təşvişlə vaqonlarda ora-bura qaçıblar. Sacinonun bəxti gətirib və o, vaqondan tullanıb. Sonra isə başqa bir turistin də tullandığını görüb. Onlar tuneldən çıxa biliblər.

Sonradan heç bir dəmir yolu şirkəti qatarlarını bu tunelə buraxmadı. Tunel İkinci Dünya müharibəsinə qədər bağlı qaldı. Aviasiya hücumları nəticəsində tunelin girişində bomba partladı. Zaman keçdikcə qatar unudulmağa başladı. Sərnişinlərin taleyi barədə xəbər almaq ümidi isə yoxa çıxdı. Amma hadiəsədən 15 il sonra arxivlərdən əldə edilən məlumatda qeyd edilirdi ki, Mexikoda qəflətən 100 italiyalı peyda olub. Onlar qatarla Romadan gəldiklərini bildiriblər. Amma müəmma odur ki, qeydiyyat 1845-ci ilə aiddir! Yəni baş verən hadisədən 66 il əvvəl olub.

Avropalıları Meksikada dəli sayıb xəstəxanaya yerləşdirdilər. Arxivlərdə isə psixiatrın qeydləri var. O, italyanlarla söhbətini yazıb. İtalyanlar XX əsrdən gəldiklərini iddia ediblər. Bununla yanaşı, qonaqların paltarları XIX əsrin ortalarının dəbinə heç də uyğun olmayıb.

Qeyd edilir ki, bu günə qədər də Meksikada sərnişinlərdən alınan və üzərində 1907-ci il qeyd edilən tabakerka saxlanılır.

Sonradan qatarın sərnişinlərini İtaliyada, SSRİ-də, Almaniyada və Hindistanda görən şahidlər üzə çıxdı.

“Sanetti” sərnişinləri SSRİ-də ilk dəfə 1955-ci ildə peyda oldular. Krımda tərk edilmiş dəmir yolu xəttində asta-asta hərəkət edən qatarı görənlər olub.

Müxtəlif  ölkələrdən olan şahidlərin hamısı eyni fikri bildiriblər: Köhnə qatar, 3 vaqon və latın dilində yazılar. Maşinisti isə heç kəs görməyib. Maşinist kabinəsi pərdə ilə bağlı olub. Qatar ağ dumanın içində olub. Qəflətən peyda olan qatar qəflətən də yoxa çıxıb…Olke.az

BIR CAVAB BURAXIN