“Kəpəz” komandasının baş məşqçisi Şahin Diniyev istefa verib.
“Report“un məlumatına görə, 51 yaşlı mütəxəssis “Səbail”ə 2:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XII tur matçından sonra mətbuat konfransında qərarını açıqlayıb.
Qeyd edək ki, hazırda “Kəpəz” 12 oyundan sonra 7 xalla sonuncu pillədə qərarlaşıb.