Sabah Moskvaya sulu qar və dolu yağacaq

0
1031

Rusiyanın paytaxtı Moskvada son günlər qeydə alınan öldürücü soyuqlardan sonra havanın nisbətən istiləşməsi gözlənilir.

Arazinfo.com-un verdiyi xəbərə görə, bu barədə RİA Novosti agentliyinə açıqlamasında Moskva Meteorolgiya bürosunun baş mütəxəssisi Tatyana Pozdnyakova deyib. Onun sözlərinə görə dekabr ayının 5-də Moskvada havalar nisbətən istiləşəcək, sulu qar və dolu yağacaq. Bununla bərabər Pozdnyakova Moskva və ətrafında yolların buz bağlayacağını istisna etmədiyini də öz sözlərinə əlavə edib: “Havaların qısa müddətə isinməsinin ardınca həftənin sonlarına yaxın yenidən Moskva və onun ətraf ərazilərində havalar soyuyacaq və şaxtalı keçəcək”.