Saakaşvili Poroşenko ilə barışmaq istəyir

0
317

Saakaşvili Poroşenkoya barışıq məktubu göndərib

Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin eks-qubernatoru Mixeil Saakaşvili ölkə prezidenti Pyotr Poroşenkoya məktub göndərib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli “1+1” telekanalı mənbələrinə əsasən məlumat yayıb.

Məlumata görə, Saakaşvilinin Poroşenkoya barışıq təklifi etdiyi iddia olunur.

“Poroşenkoya məktub artıq göndərilib. Mişa barışıq təklif edir”, – deyə məlumatda bildirilir.

M. Saakaşvilinin komandasından isə belə bir məlumatlarının olmadıqlarını bildirib.

Bundan əvvəl M.Saakaşvili P.Poroşenko ilə razılığa gəlməyin vacibliyini vurğulamışdı.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

twenty − three =