Bakıda gizli və öldürücü bioloji stansiya var? – Qorxunc iddialar

0
571

Xərçəngin sürətlə yayılmasının ilginc səbəbləri

Təxminən 10 il əvvələ qədər  nadir xəstəliklərdən biri sayılan xərçəng xəstəliyi son illər ildırım sürəti ilə yayılaraq qadın və kişilərdə 50% artım göstərir. Niyə, səbəb nədir?

2006-2009-cu illərdə, Azərbaycanda ABŞ səfiri işləmiş  Elizabet Enn Ders, ixtisasca diplomat olmayıb, biləsiz. Mikrobioloq olub. Açın internet səhifələrindəki bioqrafiyasını, oxuyun yaxşı-yaxşı. Hə, görəcəksiz bu nazənin xanım nə elə-belə, sıradan bir diplomat deyilmiş Bakıda. Elə, mikrobioloq kimi də, belə deyək, ələkçinin qıl verəni olmayıb. Ağ evin mümkün bakterioloji hücumlardan mühafizəsi vəzifəsi, bəli bir vaxt məhz bu mikrobioloq xanıma tapşırılıb, biləsiz. İcraçılığı, doğru -dürüstlüyü görünür o vaxtlar Ağ ev tərəfindən müsbət qiymətləndirilib. Nəticədə, Enn Dersə- Pentaqon  Hərbi kəşfiyyatının tam məxfi əməkdaşına, təklif olunub ki, diplomat pərdəsi altında öz bioloji araşdırmalarını Azərbaycanda davam etdirsin.

Bu təyinatdan azca əvvəl, 2004-cü ilin ortalarında, Tiflis hava alanı ətraflarında ağ xalatlı ABŞ mikrobioloqları peyda olub yerli sakinləri xeyli qorxudurlar. Az sonra bəlli olur ki, bəs burdakı köhnə taun əleyhinə stansiyanın qara bəxti açılıb. Pentaqon bu bioloji stansiyanın yenidən qurulmağına 300 milyondan çox vəsait ayırıb. Elə lap birinci günlərdən başlayaraq stansiya ətrafında müxtəlif qorxulu, canüşüdən şayiələr gəzib; axırda öz təsdiqini tapıb. Aradakı sükut buzunu ilk olaraq görün bir kim sındırır – sabiq Gürcüstan prezidenti Mixail Saakaşvilinin amerikalı məsləhətçisi Cefri Silverman!
Onun, gürcü jurnalisti Xviç Konsaladzeyə verdiyi ötən ilki müsahibəsindən bəlli olur ki, oxşar laboratoriyalar zənciri artıq  bütün dünyanı bürüyüb, qapsayıb. Zəncirin bir məxfi halqası, iddialara görə, Azərbaycanda da mövcuddur. Yenə də həmin iddialara görə, xüsusi layihə çərçivəsində bu cür laboratoriyalar ABŞ tərəfindən vaxtaşırı maliyyələşdirilir.
İndi bildinizmi niyə 2006-cı ildən 2009-dək ABŞ-ın Azərbaycandakı səfir postuna məhz mikrobioloq Enn Ders təyin edilib? Bilmək olmur indi nəylə məşğulmuş o zamanlar xanım Ders bizim başıbəlalı, günəşli Azərbaycanda – cari diplomatik işlə? Yoxsa…
Yoxsa taun, vəba, Sibir xorası mikroblarının yetişdirilməyi ilə daha çox məşğulmuş türklər demiş bu “zorən diplomat”?

Qayıdaq Cefri Silvermanın gürcü mətbuatına verdiyi məlum müsahibəsinə. Jurnalist Xvaç Konsaladzenin mövzu ilə bağlı ilk sualına görün o hansı cavabı verib:

– Bioloji silahı qadağan edən beynəlxalq konvensiya ABŞ-a imkan vermir bu tədqiqatları öz ərazisində həyata keçirsin. Nəticədə oxşar laboratoriyalar Gürcüstan kimi ölkələrdə inşa edilib işə salınır.
Image result for radiasion
– Laboratoriyanın Tiflis aeroportu yaxınlığında tikilməsi necə, əvvəlcədən nəzərə alınıb, hə?

– Əlbəttə. Virusdaşıyıcılarının nəqlini asanlaşdırmaq üçün bu, çox vacibdi. İndi Suriyada, İraqda müharibə gedir. Adi kütləvi qırğın silahları burda özünü doğrultmayanda işə bioloji silahlar qatılır. Sağ qalanların öhdəsindən bu dəfə biosilahlar gələcək.
– Senator Luqarın adını daşıyan bu bioloji stansiyadan ətrafa yayıla biləcək təhlükə haqda sizsiz həyəcan təbilini çalan. Eləmi?

– Mövzuyla əlaqədar  “Gürcüstan və dünya”, “Kvele siaxle” qəzetlərinə məlumat ötürən, boynuma alıram, mənəm. Mövzu ətrafında çoxları həyəcan təbili çalıb, amma mənim müsahibələrimdən sonra məsələ çox ciddiləşdi, razılaşın. Laboratoriyada insan sağlamlığı üçün çox təhlükəli bilinən sibir xorası, donuz qripi, qara çiçək xəstəliklərinin virusdaşıyıcıları yetişdirilir. Bu cür təhlükə mənbəyi yaşayış məntəqələrindən çox-çox uzaqlarda inşa edilsə yaxşı olardı. Təcrübələr hərdən insanlar üzərində də aparılır hətta…

– Sibir xorası, donuz qripi faktlarının bu mənbədən ətrafa yayılmağı nə qədər düzgündü?

– Birbaşa sübutlar yoxdu. Amma, hazırlanmış vaksinlərin təyinatı, ətçilik sahəsinin məhvinə yönlənib. Hakimiyyət olimpinə yaxın dairələr bundan istifadə edib Gürcüstandakı ətçilk sahəsini öz tabeçiliyinə keçirmək istəyirlər.

– Gürcüstandakı hakimiyyət çevrilişi bu laboratoriyanın işinə təsir edəcəkmi?>
– Sözsüz. Amma, tədqiqatlara hələ ara verilməyib.
-Təhlükə nə qədər realdır?
-Biolaboratoriyalarda, təhlükəsizlik şkalasının dörd dərəcəsi var. Tiflisdəkinin dərəcəsi üçüncüdür. Yəni, burda təhlükəsizliyə tam zəmanət yoxdu.

***

Əslinə qalarsa, “nüvə silahı” anlayışı şərtidir. Tərkibinə həm də biosilahlar daxildi. 1979-cu ilin 1-2 aprel tarixində rəhmətlik SSRİ-nin Sverdlovsk şəhərində baş vermiş sibir xorası epidemiyası özüylə məzara 100-dən çox qurban aparıbmış. Hərbi ekspertlərin fikrincə soyuq müharibə zamanı Vaşinqtonun Moskvaya qarşı bakterioloji silahdan istifadə faktı burda özünün tam təsdiqini tapır.
Yəni, “Nüvə klubu”na daxil ölkələr bir-birinə hərbə-zorba gələrkən barmaqlarını “start” düyməsinə basmaqdan çəkinməyiblər. Burda əsas şərt o deyil ki, başınıza nüvə başlıqlı raketlər yağsın. Nüvə silahının tətbiqi bəzən biosilahlarla kifayətlənir. Day nüvə silahına ehtiyac qalmır. Rəqiblər, adətən ağ bayraq çıxarıb aralarında təslimçilik danışıqlarına başlayırlar.>

***

Məqaləmizin axırına dövrü mətbuatda getmiş bax bu məlumatları əlavə etmək istərdim:
“İsraildə xərçəng xəstəlikləri nədənsə son dərəcə nadir hallarda görülməkdədir. Statistikalar İsraildəki xərçəng xəstələrinin və xərçəngdən ölənlərin sayının nəzərə çarpacaq rəqəmlə azaldığını göstərir. Belə ki, İsraildə 2003-cü ildə 160 nəfər, 2004-cü ildə isə 152 nəfər xərçəngdən ölüb. Ölkədə əhalinin sayı isə 7,4 milyon nəfərdir. 2003 və 2004-cü ilin xərçəng hallarının azalmasına görə hesablamış olsaq, İsraildə 2009-cu ildə 118 nəfər, 2013-cü ildə 96 nəfər xərçəngdən ölüb. 2020-ci ildə isə sadəcə 78 nəfər xərçəngdən öləcək.

Mərhumların ərəb əsilli olması, yəni  israilli və yəhudi olmaması diqqət çəkən ən vacib ünsürlərdən biridir.
Bu qədər. Ardını özünüz düşünün.

Redaksiyadan:Məqalədə iddia və fikirlər müəllifin subyektiv fikridir və redaksiya bu mövqeni bölüşmür, bu barədə iddia daşımır. Yazıya cavab vermək istəyən bütün instansiyalara şərait yaradılacaq.

Həmid HERİSÇİ(musavat.com)

BIR CAVAB BURAXIN