Rusiyanın müdafiə sənayesi şirkəti “Rostec”in baş direktoru Sergey Çemezov yeni açıqlama verib.
Açıqlamaya əsasən Rusiya və Türkiyə arasında imzalanan “S-400” hava hücumundan müdafiə sistemi müqaviləsinin dəyəri 2 milyard dolları ötüb.
Prezident Ərdoğan da 12 sentyabrda müqavilənin imzalandığını və Rusiyaya beh verildiyini bildirmişdi. Amma nə müqavilənin qiyməti, nə də beh barədə xəbər verilməmişdi.
Rusiyanın “Kommersant” qəzeti isə o dövrdə Türkiyənin bu sistem üçün 2 milyard dollardan çox pul ödəyəcəyini yazmışdı.
Ölkə.Az