İki ölkənin işçi qrupları sülh müqaviləsinin mətni üzərində işləməyə başlayacaqlar

0
1927

Prezident İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində bildirib ki, Ermənistan tərəfindən xoş məram olarsa, sülh müqaviləsi ilin sonunadək imzalana bilər: “Vaxt keçir, bizim təşəbbüslər heç də asan irəliləmir, xarici işlər nazirlərinin birinci görüşü konkret nəticələr verməsə də, hesab edirəm ki, bu, müsbət addımdır. Düşünürəm ki, yaxın vaxtlarda qərar qəbul edilərsə, iki ölkənin işçi qrupları sülh müqaviləsinin mətni üzərində işləməyə başlayacaqlar, biz ilin sonunadək razılaşmaya nail ola bilərik. Deməliyəm ki, bizim tərəfdən elan edilən beş prinsiplə bağlı heç kimin – nə erməni tərəfinin, nə də Avropa İttifaqının heç bir sualı yoxdur. Bu gün Fransa Prezidenti ilə görüş zamanı mən gördüm ki, bu beş prinsip qəbul edilir. Bu, təbiidir, çünki biz yeni heç nə icad etməmişik. Bu, münasibətləri normallaşdırmaq istəyən dövlətlər arasında münasibətlərə əsaslanan prinsiplərdir”. Bundan əlavə, dövlətimizin başçısı Qarabağda yaşayan ermənilərlə bağlı dövlətimizin aydın mövqeyini ifadə etdi. Bu ermənilər Azərbaycan vətəndaşlarıdır və onlar bütün vətəndaşlar kimi hüquqlardan istifadə edəcəklər. Görüşdə, həmçinin kommunikasiya xətlərinin bərpası məsələsi də diqqət mərkəzində olub. Bütövlükdə, Praqada keçirilən görüşlər regionumuzda sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinin yaradılması üçün böyük ümidlər yaradır.

 

Nailə Əliyeva-Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru